Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Türkmənlərə dəstəyi davam edəcək - Hakan Fidan

Türkiyənin Türkmənlərə dəstəyi davam edəcək - Hakan Fidan

Tarix: 24 Avqust 2023 07:56

Türkiyənin türkmənlərə dəstəyi davam edəcək.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.

Fidan Türkiyənin Bağdaddakı səfirliyində İraq Türkmən Cəbhəsinin (İTC) və İraq türkmən icmasının liderləri ilə görüşüb.

"İraqdakı türkmənlərin bir çoxunun məruz qaldıqları ayrı-seçkilik və ədalətsizliyi aradan qaldırmaq üçün Türkiyə illərdir sistemli şəkildə türkmənlərin haqqını müdafiə edir. Onlara siyasi və iqtisadi hüquqların verilməsi üçün var gücü ilə çalışır", - deyə Fidan bildirib.

İTC prezidenti Həsən Turan qeyd edib ki, ikitərəfli təmaslar müəyyən dərəcədə olsa belə, İraq türkmənlərinin problemlərinin aradan qaldırılmasına töhfə verəcək.

"Türkiyə dövləti hər zaman türkmənlərə dəstək olub", - deyə Turan bildirib.

Milli.Az


Etiketlər:  Türkiyənin Türkmənlərə dəstəyi davam edəcək Hakan Fidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ