Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2023 23:34
İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi (ARPA) İtaliyanın şimal bölgələrində yerləşən Milan şəhərində 1763-cü ildən bəri temperatur rekordunun qırıldığını açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, açıqlamada temperaturun 33 dərəcəyə yüksəldiyi və bu rekordun son rekordunun 11 avqust 2003-cü ildə 32,8 dərəcə selsi olduğu bildirilib.
İtaliyanın Lombardiya bölgəsindəki bəzi şəhərlərdə 22-23 avqust tarixləri arasında termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.
Açıqlamada, intensiv və anormal temperaturların İtaliya Alp dağlarına da təsir etdiyi, gələn həftədən etibarən temperaturun 10-15 dərəcə azalacağı, tufanla müşayiət olunan şiddətli yağışların müşahidə ediləcəyi qeyd olunub.