Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkə təhlükədədir, müharibə qaçılmazdır - Çarukyan

Ölkə təhlükədədir, müharibə qaçılmazdır - Çarukyan

Tarix: 26 Avqust 2023 12:30

Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın özü, valideynləri, xanımı və uşaqları prokurorluğa dəvət edilib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, prokurorluqda aparılan araşdırma əmlakla bağlıdır.

Çarukyan isə vəkilinin getdiyini, sənədləri aldığını, ata-anasının isə işlədiyini, "insanlara xeyir verdiyini" bildirərək, özünün də "ciddi işlərlə" məşğul olduğu görüntüsünü yaratmağa çalışıb:

"Ölkə təhlükədədir, müharibə qaçılmazdır, Qarabağda 120 min soydaşımızın qidalanması və sağ qalması problemi var. Bu şəraitdə mən necə bütün bunları arxada qoyub başqa bir şey haqqında düşünə bilərəm?"

Qeyd edək ki, Çarukyan hətta müharibə ehtimalı olsa belə, onun qarşısını alacaq ən sonuncu adamdır. Üstəlik, rusiyayönlülüyü ilə seçilən və Rusiya ilə biznes maraqlarına görə bağlı olan partiya sədri 2021-ci ildən - parlament seçkisindəki uğursuzluqdan sonra ictimai-siyasi proseslərə də heç bir təsir imkanına malik deyil.


Etiketlər:  Ölkə təhlükədədir müharibə qaçılmazdır Çarukyan


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ