Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2023 11:16
Rusiyanın "Ximki" klubu azərbaycanlı futbolsevələrlərə heç də yad ad deyil. Ola bilər ki, çoxunuz bu klub haqqında az da olsa, məlumatlısınız. Yəqin ki, Mosvka təmsilçisinin azərbaycanlı iş adamı Tufan Sadıqovun himayəsində olduğunu bilirsiniz.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "Qırmızı-qaralar" ötən mövsümün yekunlarına əsasən Rusiya Premyer Liqasını tərk etdi. Klub çıxışı ilə deyil, daha çox qalmaqallarla gündəmə gəldi. Komandanın azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyevin baş məşqçi Spartak Qoqniyevin verdiyi açıqlamadan narazı qalaraq onu "razborka"ya çağırması böyük səs-küyə səbəb olmuşdu. Bu azmış kimi klubun sahibi Tufan Sadıqov baş məşqçilərdən bu komandada çıxış edən oğlu İlya Sadıqovun əsas heyətdə oynadılmasını istəyirdi. Bunun nəticəsidir ki, "Ximki" mövsüm ərzində ən çox baş məşqçi dəyişən Rusiya klubu oldu.
Yeri gəlmişkən, Tufan Sadıqovun oğlu birinci liqada çıxış edən klubdan ayrılmayıb. Onların məqsədi yenidən elitaya qayıtmaqdır. Amma bu, heç də asan olmayacaq.
İndi İlya "Ximki"dən çox ailəsi haqqında düşünür. Çünki o, tezliklə ata olacaq. 23 yaşlı futbolçu İlahə adlı xanımla evlidir. Bəzi mənbələr Sadıqovların gəlininin azərbaycanlı olduğunu iddia edirlər. İlahə 2001-ci il yanvarın 12-də anadan olub. Seçenov Dövlət Universitetində tibb təhsili alır.
Cütlük 2022-ci ilin noyabrında ailə qurub. İndi gənc ailə dünyaya gələcək ilk övladın həyəcanını yaşayır.
Sadıqov həyat yoldaşını tez-tez bahalı hədiyyələrlə sevindirir. Məsələn, İlahəyə 22-ci ad günündə qiyməti təxminən 20 milyon rubl (təqribən 56 min manat) olan "Mercedes Benz G Class" alıb.