Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2023 23:09
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) hərbçisi qarabağlı separatçıların hücumuna məruz qalıb.
Sonxeber.net bildirir ki, RSK-nın mətbuat xidmətinin fotoqrafı olan bu hərbçi avtomobildə olarkən separatçılar tərəfindən "Pasportunu göstər!" tələbinə məruz qalıb, soqnra döyülüb.
Qarabağlı ermənilər onun "azərbaycanlı casus" olduğunu deyiblər.
Videokadrların Ermənistanın baş naziri Nikol Paşinyan administrasiyasının nəzarətindəki Telegram kanallar tərəfindən qəsdən yayıldığı, RSK-nın nüfuzdan salınmasına yönəldiyi vurğulanır.