Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Payızda infeksiyalardan qorunmağın ən effektli yolu

Payızda infeksiyalardan qorunmağın ən effektli yolu

Tarix: 29 Avqust 2023 23:36

Payızda spesifik infeksiyalardan qorunmağın ən təsirli yolu peyvənddir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri immunoloq Nikolay Kryuçkov Lenta.ru-ya müsahibəsində deyib. Onun sözlərinə görə, bu dövrdə ən çox rast gəlinən xəstəliklər qrip və yeni koronavirus infeksiyasıdır.

"Qrip peyvəndi üçün optimal vaxt sentyabr-oktyabr aylarıdır. Koronavirus infeksiyasında isə COVID-19 testi pozitiv çıxıbsa və ya əvvəlki peyvənddən sonra hər altı aydan bir peyvənd olunmalısınız", - ekspert vurğulayıb.

Bədənin ümumi profiolaktikası üçün, Kryuçkovun fikrincə, fiziki fəaliyyət və təmiz havada gəzintilər məcburidir.

"Oktyabr ayından etibarən insanların çox olduğu ictimai yerlərə getməməyə çalışın. Yeri gəlmişkən, qışda otaqların havalandırılması çox vacibdir. Otaq mütəmadi olaraq havalandırılmalıdır", - mütəxəssis qeyd edib.

Milli.Az


Etiketlər:  Payızda infeksiyalardan qorunmağın ən effektli yolu


RƏYLƏR