Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNDİ

Tarix: 31 Avqust 2023 22:08

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlardan Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.

Milli.Az


Etiketlər:  Qarabağ UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb YENİLƏNDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ