Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ferstappendən REKORD - Mövsümdə ardıcıl 10-cu qələbə

Ferstappendən REKORD - Mövsümdə ardıcıl 10-cu qələbə

Tarix: 4 Sentyabr 2023 07:30

"Red Bull" komandasının pilotu Maks Ferstappen Formula 1 İtaliya Qran-Prisinin qalibi olub.

Sonxeber.net xəbər verir ki, hollandiyalı ardıcıl bir mövsümdə onuncu qələbəsini qazanıb - bu, "Formula 1" üçün rekord seriyadır.

Ferstappenin komanda yoldaşı meksikalı Serxio Peres Monzada ikinci olub. Üçüncü yeri "Ferrari"dən ispan Karlos Sayns tutub.

Hazırda mövsüm ərzində 14 yarışdan Ferstappen 12, Peres iki qələbə qazanıb.

Ferstappen hazırkı dünya çempionudur.


Etiketlər:  Ferstappendən REKORD Mövsümdə ardıcıl qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ