Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2023 15:36
Tehranda ləğv edilmiş "Saminul-Höcəc" əmanət bankının əmanətçiləri İran Mərkəzi Bankının önündə etiraz aksiyası keçiriblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Narazı əmanətçilər bildiriblər ki, bank yeddi il əvvəl ləğv edilsə də, bugünədək onların pulları geri qaytarılmır və dəfələrlə etiraza qalxsalar da, dövlət televiziyası bunu işıqlandırmır.