Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST rəhbəri: “Ölüm hallarının artması COVID-19-un bitməyəcəyini göstərir”

ÜST rəhbəri: “Ölüm hallarının artması COVID-19-un bitməyəcəyini göstərir”

Tarix: 6 Sentyabr 2023 23:24

"Yaxın Şərq, Asiya və Avropada COVID-19 səbəbindən ölüm və xəstəxanaya yerləşdirilmələrin sayının artması virusun bitməyəcəyini göstərir".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə deyib.

O bildirib ki, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində COVID-19 səbəbiylə ölüm halları, Avropada isə bu virusla əlaqədar reanimasiya şöbələrinə yerləşdirmələr artır. "Bu kimi hallar göstərir ki, COVID-19 bizimlə olacaq və hələ də onunla mübarizə aparmaq üçün alətlərə ehtiyacımız olacaq", - ÜST rəhbəri söyləyib.

Onun sözlərinə görə, dünya ölkələrinin 25 %-dən az hissəsi ölüm və xəstəxanaya yerləşdirilmə halları ilə bağlı məlumat verməyə davam edir.


Etiketlər:  ÜST rəhbəri Ölüm hallarının artması COVID bitməyəcəyini göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ