Tarix: 4 May 2019 22:56
Almaniya Bundesliqasında 32-ci turun daha bir oyunu keçirilib.Qol.az-ın məlumatına görə, günün son matçında "Borussiya" səfərdə "Verder"in qonağı olub. İlk hissəni 2:0 hesabı ilə öz xeyirinə başa vuran Dortmund təmsilçisi ikinci yarıda üstünlüyünü əldən verib. Nəticədə qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
4 may "Verder" - "Borussiya" (Dortmund) - 2:2
Qollar: K. Pulişiç, 6 (0:1), P. Alkaser, 41 (0:2), K. Mohvald, 70 (1:2), K. Pizzarro, 75 (2:2)
Qeyd edək ki, Bremende 2 vacib xal itirən "Borussiya" çempionluq yarışında ciddi zərbə alıb. Dortmundlular sona 2 tur qalmış 74 xalla zirvədə yer alan "Bavariya"dan artıq 4 xal geri qalır. "Verder" isə 47 xalla 9-cu sırada qərarlaşıb.