Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin bu hərbi təyyarəsi "Türk Ulduzları" ilə uçuş edəcək

Türkiyənin bu hərbi təyyarəsi

Tarix: 9 Sentyabr 2023 16:34

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən Hürjet hərbi təyyarəsinin gələcək missiyalarından biri Hərbi hava qüvvələri komandanlığına bağlı olan akrobatika komandası "Türk Ulduzları" ilə olacaq.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə HÜRJET baş sınaq pilotu Ercan Çelik bildirib.

"HÜRJET-in "Türk Ulduzları" ilə uçuşu 1 ay əvvəldən planlaşdırılmışdı, lakin "Türk Ulduzları"nın Ankaraya gəlməsi TEKNOFEST-də mümkün oldu. Bu uçuş sınaq deyil, koordinasiya uçuşu idi", - deyə pilot qeyd edib.

Çelik onu da bildirib ki, HÜRJET-in Uçuş İdarəetmə Sistemində heç bir problem yaşanmayıb.

"HÜRJET-in qol uçuşunda altı təyyarəni dağıtmayacaq şəkildə idarə edə bilməsini gördük. Bu, "Türk Ulduzları" ilə gələcək missiyaların başlanğıcı oldu", - deyə o vurğulayıb.

Qeyd edək ki, 6 sentyabr tarixində Hürjet hərbi təyyarəsi, Hərbi hava qüvvələri komandanlığına bağlı olan akrobatika komandası "Türk Ulduzları" ilə qol uçuşu edib. HÜRJET bu uçuşda 37 dəqiqə havada qalıb. Uçuşdan sonra HÜRJET müvəffəqiyyətlə təkərləri uçuş-enmə zolağına yerləşdirib.

Xatırladaq ki, HÜRJET hərbi təyyarəsi T-38 və F-5 təyyarələrinin yerinə Türk Hava Qüvvətləri inventarına daxil edilib. Hərbi təyyarənin silahlı variantı da mövcuddur və geniş missiyaları ilə döyüş meydanında mühüm rol oynayır.

Milli.Az


Etiketlər:  Türkiyənin bu hərbi təyyarəsi Türk Ulduzları ilə uçuş edəcək


RƏYLƏR