Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Simpsonlar”dan qorxunc zəlzələ proqnozu - Bu bölgədə 46 mindən çox adam ölür… - İDDİA

“Simpsonlar”dan qorxunc zəlzələ proqnozu - Bu bölgədə 46 mindən çox adam ölür… - İDDİA

Tarix: 12 Sentyabr 2023 15:48

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni kəhanəti ilə gündəmdədir.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə mütəxəssislərin aylardır çağırışlar etdiyi Mərmərə zəlzələsinin baş verməsi ilə bağlı prpqnozun olduğu iddia edilir.

Məlumata görə, Simpsonlar serialının Mərmərə zəlzələsinin də bilindiyi bir epizod ortaya çıxıb. Epizodda xəbər aparıcısı bu açıqlamanı verir: "46 mindən çox vətəndaşın öldüyü zəlzələnin baş verdiyi bölgədə daha bir zəlzələ qeydə alınıb və ölkənin Fövqəladə Hallar Agentliyi zəlzələnin 6,3 bal gücündə olduğunu bildirib".

Qeyd edək ki, məşhur Simpsonlar cizgi filmi daha əvvəl koronavirus, 11 sentyabr hücumları, kripto pul, Donald Trampın prezidentliyi kimi mövzularda öncəgörücülük etmişdi. Serialın hətta Ukrayna-Rusiya müharibəsindən də xəbəri olduğu iddia edilir.

Milli.Az


Etiketlər:  Simpsonlardan qorxunc zəlzələ proqnozu Bu bölgədə 46 mindən çox adam ölür İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ