Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 17:10
Paşinyan separatçıların yeni "rəhbəri" Samvel Şahramanyanı niyə təbrik etmədiyini belə izah edib: "Vəziyyət elədir ki, təbrik etməyin o qədər də mənası yoxdur və onun (Samvelin) üzərinə çox ağır məsuliyyət qoyulub".
Sonxeber.net axar.az-a istinadən bildirir ki, "beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər", yəni təbrik etməklə qondarma "seçkini" qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.
Erməni baş nazirin açıqlamasını belə oxuya bilərikmi: Şahramanyan üzərinə qoyulan "ağır məsuliyyət"in altında qalacaq və İrəvan Xankəndidəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir.
Paşinyanın separatçıların yeni "rəhbərliyi" ilə qarşıdurmada olması da bu yanaşmasında rol oynayan amillərdəndir.