Tarix: 30 Oktyabr 2019 11:52
"Qəbələ" heyətinə yeni oyunçu cəlb edir.
Komandanın baş məşqçisi Elmar Baxşıyevin Qol.az-a verdiyi məlumta görə, "qırmızı-qaralar" keçmiş futbolçusu İbrahima Niasse ilə razılıq əldə edib. Seneqallı yarımmüdafiəçi yaxın günlərdə "Qəbələ"yə qoşulacaq.
Qeyd edək ki, 2013-2014 mövsümündə də "Qəbələ"də çıxış etmiş 31 yaşlı futbolçu 29 oyuna 1 qol vurub. O, ölkəmizdə "İnter"də oynayıb. "Qəbələ"dən 2014-cü ildə ayrılan Niasse “Mordoviya” (Rusiya), “Konkordiya” (Rumıniya), “Delhi Dinamos” (Hindistan), “Levadiakos” (Yunanıstan) və “Raca Kasablanka” (Mərakeş) klublarında çıxış edib.