Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 18:16
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra ABŞ-də hər hansı dəyişikliyə ümid etmədiyini bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, V.Putin bu barədə Şərq İqtisadi Forumunda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, ABŞ-də prezident seçkilərində kimin qalib gəlməyindən asılı olmayaraq, Rusiya üçün heç nə dəyişməyəcək: "ABŞ rəhbərliyi ölkə ictimaiyyətini Rusiyaya qarşı həddindən artıq mənfi yöndə istiqamətləndirib. Buna görə də Vaşinqtonun xarici siyasətində Rusiya ilə bağlı prinsipial dəyişikliklər olmayacaq".
Putin, eyni zamanda Donald Trampın prezident seçiləcəyi halda da ABŞ-nin Rusiyaya qarşı siyasətində əhəmiyyətli dəyişikliklərin baş verəcəyini gözləmədiyini bildirib.