Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın 2024-cü il Olimpiadasından kənarlaşdırılması tələb olunur

İranın 2024-cü il Olimpiadasından kənarlaşdırılması tələb olunur

Tarix: 13 Sentyabr 2023 22:40

Bir qrup şəxs Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İranı idmanda ayrı-seçkiliyə yol verməmək prinsiplərini pozduğuna görə, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırmağı xahiş edib.

Ölkədə idman sahəsində etnik, cinsi, dini, siyasi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verildiyinin qeyd olunduğu müraciətdə Tehran Olimpiya Xartiyasına hörmət etməməkdə ittiham olunur. Burada söhbət əsasən güləş, boks, üzgüçülük, voleybol və gimnastika kimi idman növlərinin qadınlar üçün qadağan edilməsindən gedir.

Məktubun müəllifləri həmçinin İdman Arbitraj Məhkəməsi (CAS) ilə əlaqə saxlamaq və Change.org saytında petisiya yaratmaq niyyətindədirlər.

Milli.Az


Etiketlər:  İranın 2024 Olimpiadasından kənarlaşdırılması tələb olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ