Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2023 11:04
Avropa İttifaqı azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı sanksiyaların müddətini uzatmadı.
Sonxeber.net xəbər verir ki, Fərhad Əhmədov ona qarşı tətbiq edilmiş absurd ittihamlardan qurtuldu.
Sanksiyaların tətbiqinin dayandırıldığı digər şəxslər "Ozon" şirkətinin sabiq rəhbəri Aleksandr Şulqin, RBK mediaholdinqinin sahibi Qriqori Beryozkindir.
Fərhad Əhmədov 2022-ci ilin aprelin 8-də Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilmişdi.
Səbəb kimi də "iş adamının Kremlə yaxın olduğu, Rusiya Federasiyası hökumətinin gəlirlərinin əhəmiyyətli hissəsini təmin edən iqtisadiyyat sahələrində fəaliyyət göstərən biznesmen kimi tanındığı" göstərilmişdi.