Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir ürək, bir yumruq olmağa davam edəcəyik - Türkiyə MN

Bir ürək, bir yumruq olmağa davam edəcəyik - Türkiyə MN

Tarix: 15 Sentyabr 2023 11:09

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının 105 illiyi münasibətilə paylaşım edib.

Milli.Az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında qeyd edilib.

"Bakının düşmən işğalından azad edilməsinin 105 illiyi mübarək. Azərbaycan türk qardaşlarımızı tək qoymayan Nuri (Killigil) Paşanı və onun tabeliyində olan Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik.

105 il əvvəl olduğu kimi, bundan sonra da Azərbaycan türk qardaşlarımızla bir ürək, bir yumruq olacağıq", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 105 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Milli.Az


Etiketlər:  Bir ürək bir yumruq olmağa davam edəcəyik Türkiyə MN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ