Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşmüş çinli nazirdən xəbər var - Təfərrüat

İtkin düşmüş çinli nazirdən xəbər var - Təfərrüat

Tarix: 17 Sentyabr 2023 17:26

İki həftədən artıqdır ictimaiyyət qarşısına çıxmayan Çinin müdafiə naziri Li Şanfunun "yoxa çıxması" ilə bağlı yeni təfərrüat məlum olub. O, hərbi texnikanın alınmasında yol verdiyi pozuntulara görə istintaq altındadır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Şanfunun 2017-ci ildən 2022-ci ilə qədər rəhbərlik etdiyi daha səkkiz nəfər də nazirlə birgə sorğulanır. İstintaqı Çin Silahlı Qüvvələrinin Mərkəzi İntizam Komissiyası aparır.

Agentlik nazirin hansı silahların alınmasında ittiham olunduğu barədə təfərrüatı açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl "Faynənşl Tayms" üç amerikalı məmura və kəşfiyyat məlumatlarına bələd olan iki şəxsə istinad edərək, Li Şanfunun vəzifəsindən uzaqlaşdırıldığını və istintaq altında olduğunu yazmışdı.


Etiketlər:  İtkin düşmüş çinli nazirdən xəbər Təfərrüat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ