Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu əlamətləri daşıyırsınıza DİQQƏTLİ OLUN – Həkim XƏBƏRDARLIQ ETDİ

Bu əlamətləri daşıyırsınıza DİQQƏTLİ OLUN – Həkim XƏBƏRDARLIQ ETDİ

Tarix: 18 Sentyabr 2023 23:36

Son zamanlar istər ölkəmizdə, istərsə də dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayında ciddi artım müşahidə olunur. Həkimlər bunun səbəbini adətən ekoloji vəziyyət və insanların həyat tərzi ilə əlaqələndirirlər.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı həkim-professor Adil Qeybulla Referans.az-a danışıb.

"Şəkərli diabet orqanizmdə insulin çatışmazlığı və yaxud orqanizmdəki insulinin qlükozanı tanımaması nəticəsində meydana gələn xəstəlikdir. Bu zaman orqanizmdəki insulin bədənə daxil olan qida vasitələrində olan şəkəri neytrallaşdıra bilmir və buna qlükozaya qarşı tolerantlarlıq deyilir. Digər tərəfdən insulin sadəcə çatmır. Bu iki hal şəkərli diabet üçün fon yaradır. Bu mədəaltı vəzin quyruq hissəsində olan insulin ifraz edən hüceyrənin çatmazlığına və orqanizmdə müxtəlif səbəblərdən insulin-qlükoza arasındakı rabitənin pozulmasına bağlıdır. Şəkərli diabet irsi faktorlarla da çox bağlıdır. Lakin bununla yanaşı istənilən insanda stressdən, həddindən artıq köklükdən, metobolizmanın pozulmasından və digər faktorlarla bağlı olaraq şəkərli diabet yarana bilər. Bu xəstəliyin son zamanlar daha geniş formada yayılması məhz köklüyə, maddələr mübadiləsinin pozulmasına, hərəkətsiz həyat tərzinə birbaşa olaraq bağlıdır. Şəkərli diabet zamanı xəstələrdə çəki itirmə, tez-tez susamaq, halsızlıq, baş ağrıları, yaddaş problemləri kimi əlamətlər özünü göstərir. Sadalanan əlamətləri özündə müşahidə edən insanlar şəkərli diabetlə bağlı mütləq yoxlanmalıdırlar".

Milli.Az


Etiketlər:  Bu əlamətləri daşıyırsınıza DİQQƏTLİ OLUN Həkim XƏBƏRDARLIQ ETDİ


RƏYLƏR