Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ yüklərin Ağdam və Laçın yolları ilə Xankəndiyə eyni vaxtda keçirilməsini alqışlayır

ABŞ yüklərin Ağdam və Laçın yolları ilə Xankəndiyə eyni vaxtda keçirilməsini alqışlayır

Tarix: 19 Sentyabr 2023 07:24

Amerika Birləşmiş Ştatları yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır və bunu irəliyə doğru mühüm addım hesab edir.

"Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Onun sözlərinə görə, ABŞ layiqli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir.

Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib.

Belə ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib. Bu da onların Azərbaycanın şərtlərinə tabe olduğunu göstərir.

Milli.Az


Etiketlər:  ABŞ yüklərin Ağdam Laçın yolları ilə Xankəndiyə eyni vaxtda keçirilməsini alqışlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ