Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Molde"nin baş məşqçisi: “Qarabağ”ı böyük klub hesab edirəm”

Tarix: 20 Sentyabr 2023 20:02

"Qarabağ"ı böyük klub hesab edirəm".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Norveçin "Molde" klubunun baş məşqçisi Erlinq Moe "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis səfərdə uğurlu nəticəyə ümid etdiklərini bildirib. O, Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib: "Qarabağ" 3 il əvvəl qarşılaşdığımız komanda ilə müqayisədə daha da güclənib. Bu komandanın tarixi ilə maraqlanmışam. Çox uğurlu baş məşqçiləri var. Hər il inkişaf edən komandadır".

O, Bakının gözəl şəhər olduğunu söyləyib: "Bakıda bir neçə gün vaxt keçirməyi planlaşdırırıq. Hava limanından gələrkən şəhəri seyr etdik. Məncə, paytaxtınızla qürur duya bilərsiniz. Çünki Bakı çox gözəl şəhərdir".

Moe "Qarabağ"a qarşı müdafiədən oynamayacaqlarını vurğulayıb: "Futbolda özünəinam ən önəmli faktordur. Nəyisə inkişaf etdirmək üçün ilk növbədə özünə inam olmalıdır. Sabah top bizdə olarkən fürsətlər yaratmağa, özümüz olmağa çalışacağıq. Geriyə çəkilib, müdafiədə oturmağı, əks-hücum futbolu sərgiləməyi planlaşdırmırıq. "Qarabağ"a qarşı mübariz oyun göstərəcəyik. Rəqib istər "Qalatasaray", istərsə də "Qarabağ" olsun, məqsədimiz öz oyunumuzu göstərməkdir".

"Molde"nin baş məşqçisi Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları Türkiyənin "Qalatasaray" klubu ilə "Qarabağ" müqayisə edib: "Qalatasaray"la "Qarabağ" oxşar komandalardır. Əsas fərq "Qalatasaray"da böyük futbolçuların olmasıdır. "Qarabağ"ın üstünlüyü isə bir kollektiv kimi çıxış etməkdir. Sabahkı matçda da inanmıram ki, oyunun taleyini konkret hansısa futbolçu həll edəcək. Hər iki tərəfdə itkilər var".

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Molde" oyunu saat 20:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Moldenin baş məşqçisi Qarabağı böyük klub hesab edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ