Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 18:28
Avstriyanın "Şturm" klubunun yarımmüdafiəçisi Javi Serrano UEFA Avropa Liqasının qrup mərhələsinin bu gün keçiriləcək ilk tur matçını buraxmalı olacaq.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, o, məşq edərkən havada uçan arını udub. Futbolçunun şişməsinin qarşısını almaq üçün dərhal boynuna buz paketi qoyulub. Bundan sonra 20 yaşlı idmançı xəstəxanaya aparılıb. Məlum oldu ki, Serranonun arılara qarşı allergiyası yoxdur, lakin ona müvafiq terapiya verilib.
Serrano icarə əsasında "Şturm"da oynayır, özü də İspaniyanın "Atletiko Madrid" klubuna məxsusdur.
Bu gün "Şturm" UEFA Avropa Liqasında Portuqaliyanın "Sportinq"i ilə qarşılaşacaq.