Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar AŞKARLANDI

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar AŞKARLANDI

Tarix: 22 Sentyabr 2023 08:50

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları sentyabrın 20-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 3 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 4 müəssisədə nöqsanlar müəyyən olunub. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Milli.AZ-a verilən məlumata görə, həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 3 nöqsan aşkarlanıb. 

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında //afsa.gov.az/az/xeberler/4-ticaret-ve-ictimai-iase-muessisesinde-noqsanlar-mueyyen-olunub-20-sentyabr vasitəsilə məlumat almaq mümkündür. 

Milli.Az


Etiketlər:  Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar AŞKARLANDI


RƏYLƏR