Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xocavənddən Xankəndiyə aparılan yaralı erməni silahlılarının sayı məlum oldu - YENİLƏNİB - VİDEO

Xocavənddən Xankəndiyə aparılan yaralı erməni silahlılarının sayı məlum oldu - YENİLƏNİB - VİDEO

Tarix: 22 Sentyabr 2023 16:51

Xocavənddə olan Ermənistan silahlı qüvvələrinin doqquz yaralanmış hərbçisi Xankəndiyə aparılıb.

Onları Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları aparıblar.

***

13:50

Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 ədəd avtomobili Xankəndidən Xocavənd istiqamətinə hərəkət edir.

Milli.Az xəbər verir ki, erməni yaralıları Xocavənd xəstəxanasından götürüb geri qayıdacaq.

Azərbaycan yenə öz humanistliyini nümayiş etdirərək humanitar məsələlər üçün lazimi şərait yaradır.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Milli.Az


Etiketlər:  Xocavənddən Xankəndiyə aparılan yaralı erməni silahlılarının sayı məlum oldu YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ