Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''iPhone 15'' almaq üstündə qırğın - VİDEO

''iPhone 15'' almaq üstündə qırğın - VİDEO

Tarix: 22 Sentyabr 2023 15:12

Dubayda, "Dubai Mall" ticarət mərkəzində yeni "iPhone 15" alıcıları arasında kütləvi dava düşüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə ölkənin teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Dubayda yerləşən dünyanın ən böyük ticarət və əyləncə mərkəzlərindən birində növbə gözləyən yeni "iPhone 15" smartfonlarının alıcıları dava salıblar. Yüzlərlə insan yeni məhsul almaq üçün iki gün ərzində ticarət mərkəzində dayanıb. Lakin satışlar açılanda bəziləri nizam-intizamı qorumadan içəri girməyə çalışıblar. Bu, izdihamın qarşısını almağa çalışan ticarət mərkəzinin mühafizəçiləri ilə münaqişəyə səbəb olub.

Qeyd edək ki, "iPhone 15" seriyası sentyabrın 12-də təqdim edilib. Dünya üzrə satışların rəsmi başlanğıcıisə 22 sentyabr, cümə günü baş tutub.

Milli.Az


Etiketlər:  iPhone almaq üstündə qırğın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ