Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyləqanda xadimə işlədiyi idman kompleksindən oğurluq edib

Beyləqanda xadimə işlədiyi idman kompleksindən oğurluq edib

Tarix: 30 Oktyabr 2019 21:09

Bakı. Samir Əli - Trend:

Beyləqan şəhəri ərazisindəki idman kompekslərinin birində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də şəhər ərazisindəki idman kompekslərinin birində Bakı şəhər sakini T.Şərifovun çantasından 940 manat oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən rayonun Qəhrəmanlı kənd sakini R.Novruzova saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Beyləqanda xadimə işlədiyi idman kompleksindən oğurluq edib


RƏYLƏR