Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kremençuka raket hücumu olub, ölən və yaralananlar var

Kremençuka raket hücumu olub, ölən və yaralananlar var

Tarix: 23 Sentyabr 2023 08:32

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinə raket hücumu nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Dmıtro Lunin teleqramda bildirib.

"Kremençuka raket hücumu nəticəsində üçü uşaq olmaqla 31 nəfər yaralanıb. 16 nəfər xəstəxanaya yerləşdirilib... Bir nəfər ölüb. Atışma nəticəsində ətrafdakı tikililərə də ziyan dəyib", - D. Lunin qeyd edib.

Xatırladaq ki, Rusiya qüvvələrinin adı çəkilən şəhərə böyük itkilərə səbəb olan sonuncu hücumu ötən il iyunun 27-də olub. O zaman hadisədə 21 nəfər həlak olmuşdu.

Qeyd edək ki, Kremençuk ölkənin mərkəzində yerləşir və cəbhə bölgəsindən 200 km məsafədədir.


Etiketlər:  Kremençuka raket hücumu olub ölən yaralananlar


RƏYLƏR