Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 13:12
"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.
Sonxeber.net xəbər verir ki, Bakı klubu bu barədə feysbuk səhifəsi vasitəsilə paylaşım edib.
Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.
Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib:
"Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!"
Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə "Neftçi"nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.