Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək

Azərbaycanda suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək

Tarix: 31 Oktyabr 2019 11:26

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən gələcəkdə də azalma ehtimalı var:

“Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə aşağıdır. Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir (2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi). Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard kubmetr suyun 3.6 milyard kubmetri (28%) itkiyə gedir”.

Nazir vurğulayıb ki, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir: “Suların dəqiq uçotunun aparılması, eləcə də tullantı suların təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsi təklif olunur. Suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək. Biz riskləri düzgün dəyərləndirməliyik və sudan qənaətlə istifadə etməyə nəzarət həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən gücləndirilməlidir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ