Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldudan FANTASTİK REKORD

Ronaldudan FANTASTİK REKORD

Tarix: 28 Sentyabr 2023 08:38

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu məğlubiyyətsiz oyunlara görə dünya rekordu qırıb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytı məlumat yayıb.

Hesablamalara görə, "Əl-Nəsr" - "Persepolis" oyunundan (2:0) sonra 38 yaşlı forvard artıq uduzmadığı min qarşılaşma keçirib. Onlarda 776 qələbə qazanıb, 224 heç-heçə olub. Bundan sonra Ronaldu öz klubunun heyətində daha bir qələbə qazanıb - "Əl-Əhli"yə qarşı oyunda (4:3).

Məğlubiyyətsiz keçirdiyi 1001 matçdan "Əl-Nəsr"in payı 28, "Mançester Yunayted"in - 284, "Yuventus"un - 114, "Real Madrid"in - 386, "Sportinq Lissabon"un - 21, Portuqaliya millisinin - 168 olub. Ümumilikdə, Ronaldu karyerasında 1 183 oyun keçirib.

Milli.Az


Etiketlər:  Ronaldudan FANTASTİK REKORD


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ