Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu addım ABŞ-ın təhlükəsizlik sisteminə çox baha başa gələcək

Bu addım ABŞ-ın təhlükəsizlik sisteminə çox baha başa gələcək

Tarix: 30 Sentyabr 2023 08:24

"Şatdaun (ABŞda hökumətin fəaliyyətinin dayandırılması - Qeyd) Pentaqonun, Dövlət Departamentinin və Daxili Təhlükəsizlik Departamentinin işinə təsir edəcək".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, bağlanma müqavilələrin yerinə yetirilməsi, təchizat, satınalma, texniki xidmət baxımından pozuntulara səbəb olacaq:

"Bununla belə, müqavilə işlərinin bərpası gecikmələr səbəbindən vergi ödəyicilərinə daha çox baha başa gələcək. Eyni zamanda bəzi dövlət qulluqçuları əməyinin qarşılığını almadan işləməyə davam etməli olacaqlar".

Qeyd edək ki, ABŞ-da hökumətin işinin dayandırılması maaşların ödənilməməsinə, məcburi ödənişsiz məzuniyyətə və yüz minlərlə dövlət qulluqçusunun işdən çıxarılmasına və bir çox dövlət proqramlarının dayandırılmasına səbəb ola bilər.


Etiketlər:  addım ABŞ təhlükəsizlik sisteminə çox baha başa gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ