Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabiq polis yeniyetməni GÜLLƏLƏDİ

Sabiq polis yeniyetməni GÜLLƏLƏDİ

Tarix: 30 Sentyabr 2023 20:16

Dağıstanın İzberbaş şəhərində Daxili İşlər Nazirliyinin 58 yaşlı keçmiş əməkdaşı 16 yaşlı yeniyetməni güllələyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, təqaüdə çıxan polis yanacaqdoldurma məntəqəsində işləyir. Onun güllələdiyi yeniyetmə də 2023-cü ilin yayından yanacaqdoldurma məntəqəsində yarım  iş günü çalışır.

İki yanacaqdoldurma məntəqəsinin işçisi arasında münaqişə baş verib. Bildirilir ki, keçmiş polis əməkdaşı təlxək kimi rəqs edən, telefonunu çıxarıb borc pul istəyən həmkarının davranışından bezib. Kişi pnevmatik tapançanı götürərək yeniyetməyə tuşlayıb və atəş açıb.

Nəticədə yeniyetmə ağciyərinin deşilməsi ilə xəstəxanaya yerləşdirilib. Təqaüdçü atəşi təsadüfən açdığını iddia edir. Həmin şəxsə qarşı cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Sabiq polis yeniyetməni GÜLLƏLƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ