Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SON SİYAHI

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SON SİYAHI

Tarix: 30 Sentyabr 2023 20:18

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 30-u saat 18:00-a olan məlumat açıqlanıb.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

SİLAHLAR
1. Atıcı silahlar - 2585
2. Qumbaraatanlar - 224
3. Top və haubitsalar - 53
4. Minaatanlar - 63
5. Tank əleyhinə silahlar - 54
6. HHM silahları - 135
TEXNİKA
1. Zirehli texnika - 22
2. Avtomobil texnikası - 174
3. Qoşqular - 21
4. Yardımçı texnika - 9
DÖYÜŞ SURSATLARI
1. Raketlər - 1685
2. Top və haubitsa mərmiləri - 4956
3. Zenit top mərmiləri - 2627
4. Minaatan mərmiləri - 12305
5. Qumbaralar - 5419
6. Əl qumbaraları - 3036
7. Patronlar - 1976068
8. Digər sursatlar - 5751
CİHAZLAR
1. Optik cihazlar - 280
2. Digər cihazlar - 37
TƏCHİZAT
1. Fərdi təchizat vasitələri - 997
2. Müxtəlif silahların qurğuları - 15
3. Digər təchizat vasitələri - 2260

Milli.Az


Etiketlər:  Qarabağda müsadirə edilmiş döyüş texnikası silah sursat SON SİYAHI


RƏYLƏR