Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Buna böyük əhəmiyyət veririk

İlham Əliyev: Buna böyük əhəmiyyət veririk

Tarix: 3 Oktyabr 2023 11:33

Biz Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözlər Prezident İlham Əliyevin 3 Oktyabr - Alman Birliyi Günü münasibətilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir. Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir".


Etiketlər:  İlham Əliyev Buna böyük əhəmiyyət veririk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ