Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 14:16
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, VIII turun "Səbail" - "Sabah" oyununda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.
Komandaların hər birinin 4 futbolçusu sarı vərəqə aldığından, paytaxt klubları 700 manat cərimə edilib.
"Sabah"ın futbolçusu Boyan Letiçin cəzası isə ağır olub. Hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan serbiyalı müdafiəçi 2-si şərti olmaqla 4 oyunluq sanksiya ilə üzləşib. Ona 3 aylıq sınaq müddəti verilib. Letiçin bu davranışı "Sabah"ın 3000 manat cərimələnməsinə səbəb olub.