Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov: Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir

Lavrov: Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir

Tarix: 31 Oktyabr 2019 15:34

Bakı. Ləman Zeynalova - Trend:

Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə birgə mətbuat konfransı zamanı deyib.

Nazir həmçinin, Cənubi Qafqazda sabitliklə bağlı Cenevrə müzakirələrinin vacib rolunu qeyd edib.

S.Lavrov bildirib ki, Rusiya yeni çağırış və təhdidlərlə mübarizədə, eləcə də ümumi məkanda müxtəlif münaqişələrin nizamlanmasında ATƏT fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təklifləri dəstəkləyir:

“Rusiya ATƏT-in ümumi dialoq məkanı kimi istifadə olunmasının tərəfdarı kimi çıxış edir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Lavrov Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT fəaliyyətini dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ