Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şarl Mişelin sözləri onu özündən çıxardı

Şarl Mişelin sözləri onu özündən çıxardı

Tarix: 6 Oktyabr 2023 15:06

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin xarici siyasət təşəbbüslərini tənqid edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı məlumat yayıb.

Mişel jurnala müsahibəsində Tunislə miqrasiya müqaviləsini misal gətirərək fon der Leyeni səlahiyyətlərini aşmaqda ittiham edib. Onun sözlərinə görə, AK rəhbəri bunu Niderlandın baş naziri Mark Rutte və İtaliyanın baş naziri Corcia Meloni ilə birlikdə imzalayıb, lakin Aİ Şurası qərardan "uzaq qalıb". Avropa komissiyasının sözçüsü Arianna Podesta Şarl Mişelin sözlərini "qismən yalan" adlandırıb.

"Spiegel"in qeyd etdiyi kimi, fon der Leyeni səlahiyyətlərini aşmaqda ittiham edən Mişel Ukraynanın 2030-cu ilə qədər Aİ-yə daxil olması perspektivindən danışanda da eyni tənqidləri ifadə edib. Onun Ukrayna ilə bağlı sözləri isə Ursula fon der Leyeni özündən çıxarıb.

"Der Spiegel" Avropa Şurasının rəhbəri ilə AK rəhbəri arasındakı münaqişəni "hakimiyyət uğrunda qəribə mübarizə" adlandırıb.

Milli.Az


Etiketlər:  Şarl Mişelin sözləri özündən çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ