Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş nazir maaşlarla bağlı qərar imzaladı

Baş nazir maaşlarla bağlı qərar imzaladı

Tarix: 6 Oktyabr 2023 16:30

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının maaşlarına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 106 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilib.

Milli.Az


Etiketlər:  Baş nazir maaşlarla bağlı qərar imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ