Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

42 yaşında yenidən futbola qayıdır

42 yaşında yenidən futbola qayıdır

Tarix: 7 Oktyabr 2023 15:26

İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç 42 yaşında karyerasını bərpa edə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, Birinci Liqa təmsilçisi "Berton Albion" keçmiş hücumçunun klubun formasında şəklini sosial şəbəkədə paylaşıb.

Paylaşımdakı "möhtəşəm qayıdış" yazısı Krauçun yenidən yaşıl meydanlara dönəcəyi haqda iddiaları artırıb. Ancaq onun futbolçu, məşqçi, yoxsa rəhbər kimi kluba xidmət edəcəyi barədə oktyabrın 8-də məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, Piter Krauç 2019-cu ildə karyerasını başa vurub. O, Premyer Liqada 468 oyunda 106 qol vurub.

Milli.Az


Etiketlər:  42 yaşında yenidən futbola qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ