Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2023 20:22
Misli Premyer Liqasında 9-cu tura yekun vurulur.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, birinci dövrənin son matçında "Neftçi" hazırda doğma divarlar arasında "Qarabağ"ı qəbul edir.
"Neftçi Arena"da keçirilən matç başlar-başlamaz, "Forza Neftçi" azarkeş qrupunun üzvləri stadionu tərk ediblər.
Belə ki, polis əməkdaşlarının azarkeşlərə pankart açmağa icazə verməməsi onların narazılığına səbəb olub və fanatlar tribunaları tərk ediblər.
Bu barədə məlumatı "Offsideplus" açıqlamasında "ağ-qaralar"ın mətbuat katibi Emin Əfəndi verib.