Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail xaricdəki diplomatlarına göstəriş verdi

İsrail xaricdəki diplomatlarına göstəriş verdi

Tarix: 8 Oktyabr 2023 20:58

İsrailin xarici ölkələrdəki səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar diplomatik nümayəndəliklər fövqəladə vəziyyətə ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

Bütün İsrail diplomatlarına təhlükəsizlik orqanlarının icazəsi olmadan evlərini tərk etməmək tapşırılıb.

İsrail mediası iddia edib ki, diplomatlar bunu "praktik əhəmiyyəti olmayan göstəriş" adlandırıb və Xarici İşlər Nazirliyinə şikayət edib.

Milli.Az


Etiketlər:  İsrail xaricdəki diplomatlarına göstəriş verdi


RƏYLƏR