Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölən israillilərin sayı mini ötdü

Ölən israillilərin sayı mini ötdü

Tarix: 10 Oktyabr 2023 19:12

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı mini keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Haaretz" nəşri məlumat yayıb.

İsrail Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada isə yaralananların sayının 2806-ya yüksəldiyi qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.

Milli.Az


Etiketlər:  Ölən israillilərin sayı mini ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ