Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Flora Kərimova erməni qadına belə cavab verdi - FOTO

Flora Kərimova erməni qadına belə cavab verdi - FOTO

Tarix: 10 Oktyabr 2023 19:55

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Because Armenia" adlı erməni "Facebook" səhifəsi nağara-zurnanın Ermənistana aid olduğunu iddia edən bir paylaşım edib. Paylaşımda Azərbaycan musiqiçisi, nağara ifaçısı və "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun nağara ilə olan fotosu yer alıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, indi də Erna Rohlandtiyan adlı erməni qadın Xalq artisti Flora Kərimova ilə bağlı paylaşım edib. Erməni qadın müğənninin sosial şəbəkədə yazdıqlarını yayımlayıb və bu sözləri əlavə edib:

"Azərbaycanda məşhur müğənni Flora Kərimova səhərdən axşama kimi yazır ki, "arstax" onlara məxsusdur. Bağışlayın, "artsax" necə "monqollara" məxsus ola bilər?"

F.Kərimovanın cavabı isə gecikməyib. "Erna "can" düzdür, sizin kimi monqollara... Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb. Çünki Qarabağ Azərbaycandır və nida" yazan Xalq artisti erməni qadına cavab verib.

Milli.Az


Etiketlər:  Flora Kərimova erməni qadına belə cavab verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ