Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 08:18
İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib.
--------
07:37
Qəzza zolağında İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.
Məlumata görə, 4500 nəfər xəsarət alıb.
Ölənlərdən 260-ı uşaq, 230u isə qadındır.
Qurbanlar arasında altı tibb işçisi və səkkiz media işçisi də var.
Məlumata görə, 140 mindən çox sakin İsrailin atəşi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.
HAMAS-ın hücumu nəticəsində isə 1000-dən çox israilli ölüb.
Qarşıdurmalar nəticəsində 3400 İsrail vətəndaşının isə yaralandığı qeyd olunub.