Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 08:58
Əfqanıstanın 6,3 maqnitudalı zəlzələ olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığını da açıqlayıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub. Son verilənlərə görə, təbii fəlakətdə 2,5 min nəfər ölüb, on minlərlə insan evsiz qalıb.