Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputat özünü belə təriflədi - VİDEO

Deputat özünü belə təriflədi - VİDEO

Tarix: 11 Oktyabr 2023 15:09

Kobud siyasi səhvləri və gülməli açıqlamaları ilə tanınan Milli Məclisin deputatı Arzu Nağıyev növbəti dəfə məsuliyyətsiz açıqlamaları ilə gündəmə gəlib. Deputat REAL TV-nin efirində Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini şərh edərkən nə üçünsə "ölkələrimiz arasında münasibətləri məhz parlamentlərarası dostluq qrupu inkişaf etdirir" deyə səciyyələndirib. Özü öz əməyinə yüksək qiymət verən Nağıyev hətta fəaliyyətini "müsbət" qiymətləndirib.
 
Paralamentlərarası dostluq qrupunun rəhbəri olan Arzu Nağıyev özündənrazı, amma təvazökarcasına təbəssümlə deyib: "...təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Gürcüstan Azərbaycan əlaqələrinin inkişafına böyük dəstək veririk. Bu da zənnimcə mübət qiymətləndirilir..."
 
Ədalət naminə deyək ki, müəllim təvazökarlıqdan uzaqdır, özü də çox uzaq.
 
Arzu Nağıyev özünü dövlətlərarası münasibətlərin əsas qəhrəmanı kimi təqdim edərək Gürcüstan-Azərbaycan əlaqələrinə verdiyi əvəzsiz "töhvələr"dən ağız dolusu danışır. Özü də məişət səviyəsində sözlərlə.
 
Lakin Nağıyevin nəzərinə çatdırırıq ki, əsası Ulu Öndər Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulmuş Azərbaycan-Gürcüstan əlaqələrini zirvəyə məhz Prezident İlham Əliyev qaldırıb. Dövlətimizin başçısının son dərəcə praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanla Gürcüstan arasında sıx dostluq münasibətləri yaranıb. Hazırda bölgədə tamamilə yeni geosiyasi reallıqlar formalaşıb. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi öz qonşuları ilə səmimi dostluq münasibətlərini dinamik inkişaf etdirir, öz beynəlxalq tərəfdaşlarına həm siyasi, həm də iqtisadi dividentlər qazandırır.
 
Bir daha bildirək ki, bu siyasətin müəllifi Prezident İlham Əliyevdir! Bütün bunlar göz önündə olduğu halda Arzu Nağıyev niyə özünü "samozvaneç"lik edib ortalığa atır? Cəmi 3-4 il bundan əvvəl Gürcüstan parlamentinin yolunu tanıyan deputatın belə iddialar irəli sürməyə, özünü bayağı şəkildə gözə soxmağa haqqı çatırmı? Bu fikirləri geniş auditoriya ilə bölüşən insan daxilən məsuliyyətini başa düşürmü?

Milli.Az


Etiketlər:  Deputat özünü belə təriflədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ