Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 18:28
"Atletiko"nun futbolçusu Dieqo Kosta klubu ilə məşqə çıxmaqdan imtina edib.
Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, ispan hücumçu Madrid təmsilçisinin onun haqqında intizam işi açmasına etiraz olaraq bu addımı atıb. 30 yaşlı futbolçu bu gün bazaya getsə də, komanda ilə məşq etməyi rədd edib. Xəbərdə onun heç bir zədəsinin olmadığı da vurğulanıb.
Kosta bazanı tərk edən məşqə çıxıb-çıxmadığı sualı isə cavablandırmayıb.
Qeyd edək ki, Kosta La Liqanın 31-ci turunun "Barselona" ilə oyununda (0:2) baş hakimi təhqir etdiyi üçün 8 oyunluq cəzalanıb.