Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 21:16
Almaniyanın xarici işlər naziri Annalena Berbok HƏMAS-ın İsrailə raket hücumları səbəbindən bomba sığınacağına sığınmaq məcburiyyətində qalıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.
Məlumata görə, HƏMAS yenidən Təl-Əvivi atəşə tutub. "Dəmir qübbə" hava hücumundan müdafiə sistemi işə düşüb. Hazırda həmrəylik göstəricisi olaraq İsraildə səfərdə olan Almaniya XİN başçısı və onun nümayəndə heyəti sığınacağa getməli olub.